“Xəzər Lənkəran” FİFA-dan məktub aldı

18 Sentyabr 2012 08:41 (UTC+04:00)
AzNews.az xəbər verir ki, FİFA "Xəzər Lənkəran" klubunun ofisinə məktub yollayaraq, cənub təmsilçisinə məxsus Lənkəran Şəhər Stadionunun beynəlxalq standartlara tam cavab verdiyini bəyan edib.

Ali futbol qurumu aparılan son yoxlamalardan sonra arenadakı yenidənqurma işlərindən razı qaldığı üçün beynəlxalq rəsmi oyunların keçirilməsinə icazə verib.
Qeyd edək ki, ölkəmizdə 17 yaşadək qızlar arasında dünya çempionatının bir neçə oyunu Lənkəranda keçiriləcək.

AzNews.az