Şimali Koreya lideri Kim Çen In tapıldı

8 Oktyabr 2014 10:20 (UTC+04:00)


AzNews.az xəbər verir ki, parlamentarilərlə görüş zamanı müdafiə nazirindən Kim Çen Inın yerini soruşublar. Xan Minqu cavabında bildirib ki, Kim Çen In Pxenyandan şimalda yerləşən yaşayış məntəqələrindən birində qalır. O, burada naməlum xəstəlikdən sonra, bərpa prosesi keçir: "Mən hesab edirəm ki, biz müdafiə nazirliyinin kəşfiyyat bölməsindən düzgün məlumat əldə edirik".

Xatırladaq ki, Şimali Koreya lideri bir aydan çoxdur ki, cəmiyyət arasında görünməyib.
Daha əvvəl KXDR-nin BMT-nin insan hüquqları üzrə Şuradakı nümayəndəsi So Se Pen Kim Çen Inın əməliyyat olunması barədə məlumatı təkzib etmişdi.

Aydan Axundova
AzNews.az