Yezidi kürdlərlə məsəlmanlar arasında - Toqquşma
8 Oktyabr 2014 11:03 (UTC+04:00)
AzNews.az xəbər verir ki, toqquşma iştirakçıları odun və bıçaqlarla silahlanıblar. Onlarla insanın yaralanması barədə məlumat yayılıb. Toqquşma zamanı polis əməkdaşlarına daş və şüşə butulkalarla zərbə endiriblər. Nəticədə əraziyə digər şəhərlərdən əlavə qüvvə cəlb edilib.
Qeyd olunur ki, Çelledə çoxsaylı yezidi kürd icması yaşayır. İcmanın fəalları beynəlxalq ictimaiyyətdən Suriyadakı "İslam Dövləti" qruplaşması ilə mübarizəni aktivləşdirməyi tələb edib. Nümayişçilər Suriya şəhəri olan Kobanidə "İslam Dövləti" terror qruplaşması ilə müharibə aparan kürd könüllülərini dəstəkləmək üçün küçələrə çıxıblar.
Aydan Axundova
AzNews.az