İlham Əliyev “Formula-1”in rəhbərini qəbul etdi

8 Oktyabr 2014 14:09 (UTC+04:00)


AzNews.az xəbər verir ki, görüşdə ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqətin önəmi qeyd olunub, Azərbaycanın mötəbər beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün artıq yaxşı təcrübəyə malik olduğu vurğulanıb.
Söhbət zamanı 2016-cı ildə ölkəmizdə keçirilməsi nəzərdə tutulan "Formula-1" yarışının da yüksək səviyyədə təşkil olunacağına əminlik ifadə edilib, bu tədbirin Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığının daha da genişləndirilməsi işinə xidmət edəcəyi bildirilib.


AzNews.az