Sabaha olan hava proqnozu

8 Oktyabr 2014 14:18 (UTC+04:00)


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a bildiriblər ki, oktyabrın 09-da hava şəraitinin dəyişkən buludlu, səhər bəzi yerlərdə zəif çiskinli olacağı, arabir tutulacağı, axşama doğru isə yağış yağacağı gözlənilir.

Gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-14, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 772 mm civə sütunu, nisbi rütubət isə 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 09-da arabir yağış yağacağı ehtimal olunur. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 15-20, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.


AzNews.az