Abutalıbov Milli Şuraya “Məhsul”u verdi – Mitinqə icazə

8 Oktyabr 2014 14:24 (UTC+04:00)


Bu barədə məlumatı AzNews.az-a Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev verib.

Onun sözlərinə görə, mitinq üçün keçmiş "Məhsul" stadionunu ayrılıb: "Düzddür, bu barədə bizə hələlik rəsmi cavab gəlməyib, amma şifahi şəkildə bildirilib ki, Milli Şuranın müraciətinə baxılaraq, oktyabrın 12-də saat 15:00-da keçmiş "Məhsul" stadionunda mitinqə icazə verilib".

Xatırladaq ki, Milli Şuranın mitinqi bəzi QHT təmsilçilərinin həbsi ilə əlaqədardır.


Bahar Rüstəmli
AzNews.az