Türkiyədən sonra İran da təhsil sistemini dəyişir

18 Sentyabr 2012 09:08 (UTC+04:00)
Türkiyədə 4+4+4+4 təhsil sisteminin tətbiqindən sonra İran da 3+3+3+3 sisteminə keçir.

Yeni sistem barədə məlumatı İranın Elm və Təhsil Qurumunun baş katibi Mehdi Nəvid Ədhəm verib. Mehdi Ədhəm bildirb ki, tətbiqinin nəzərdə tutulduğu yeni sistemlə bağlı dərsliklər də dəyişdiriləcək.

Dəyişikliklərə əsasən ibtidai təhsilə daha bir il əlavə olunaraq bu pillə üzrə təhsil 6 ilə çatdırılıb. Həmçinin orta təhsil pilləsinin də zamanı bir il artırılıb. 6 il uzun olduğu üçün hər dönəm 2 hissəyə ayrılıb və nəticədə 3+3+3+3 sistemi meydana çıxıb.

Alpər
AzNews.az