Əhmədnejat düşmənləri qəfil ovlayacaq

18 Sentyabr 2012 09:12 (UTC+04:00)
İran prezidenti Mahmud Əhmədinejadın ABŞ-a səfəri ilə bağlı məlumatların Qərb mətbuatında dərc olunması üçün qadağalar tətbiq ediləcək. Bu barədə məlumatı prezidentin köməkçisi Seyid Məhəmməd Rza Mirtacəddini verib. Onun sözlərinə görə, prezident öz hərəkətləri ilə ona qarşı qadağa tətbiq edən düşmənləri qəflətən ovlayacaq.

"İRNA" xəbər agetnliyinə müsahibəsində Mirtacəddini "Bizə çatan xəbərlərə görə Əhmədinejatın iştirak edəcəyi tədbirlər mətbuatın iştirakına qadağalarla müşahidə olunacaq" deyə vurğulayıb. BMT-də çıxışla yanaşı İran prezidentinin siyasi dairələr, elm xadimləri və mətbuat təmsilçiləri ilə görüşləri nəzərdə tutulub.

Alpər
AzNews.az