Moskvada “Qərb simvollu“ paltar geyinənlərə hücumlar - FOTOLAR

9 Oktyabr 2014 07:06 (UTC+04:00)


AzNews.az xəbər verir ki, rusiyalıların rəsmi Kiyevə qarşı hədsiz ədavəti özünü, hətta küçələrdə də göstərir. Bəzi hallarda bu nifrətin hədəfinə moskvalıların özü çevrilir.
Jurnalist Anna Ratafyeva Moskva metrosunda getdiyi zaman yaşlı qadın tərəfindən sillələnməsi əhvalatını Facebook səhifəsində paylaşıb. Annanın yazdığına görə həmin qadın sillə vurduqdan sonra onu "Amerika fahişəsi" adlandırıb.

Buna səbəb isə Annanın əynindəki maykada əlində Britaniya bayrağı tutmuş Snoopy cizgi filmi qəhrəmanının təsviri olub.

Daha bir insident Moskva marafonu zamanı, sentyabrın 21-də baş verib. Marafon iştirakçısı Aleksandra Boyarskaya Ukrayna bayrağına bənzər göy-sarı rəngli və "Ukrayna" sözü yazılmış maykada məsafəni qaçırmış. Yarış zamanı su içmək üçün ayaq saxlayanda isə hücuma məruz qalıb.

Yarışa tamaşa edənlərdən bir qadın ona tərəf sıçrayaraq əlindəki su stəkanını vurub yerə salıb və marafonçuya tüpürdükdən sonra qışqırıb:"Bic balası! Öz ölkənə geri dön!"

BBC-yə başına gəldiyini danışan Boyarskaya insidentdən məəttəl qaldığını deyib: "Mllii mənsubiyyətinə görə insana nifrət etmək ən əbləh və dəşhətli hərəkətdir".

Boyarskaya hadisəni gülünc saydığından polisə müraciət etməyib, Moskva marafonunun direktoru Tarasov isə BBC-yə təşkilatçıların bu hadisədən xəbərsiz olduğunu bildirib: "Bizim Ukraynada dostlarımız var. İştirakçılar arasında ukraynalılar çox olub, qaliblər arasında isə iki ukraynalı olub".

Moskva polisi "xarici ölkələrin rəmzlərinə" hücum və ya təhqir edilmə hallarının qeydə alınmadığını qeyd edib.

İnsanların əksəriyyəti polisə müraciət etməkdənsə, gileyini sosial şəbəkələrdə bildirməyə üstünlük verir.

Bir qadının BBC-yə yazdığına görə, maşınının güzgüsünə Ukrayna milli bayrağının rəngində olan bağ bağlandığından onun avtomobili bloklanmış vəziyyətə salınmışdı.
Digər istifadəçi saçını Yuliya Timoşenkounun saç düzümünə bənzər yığdığına görə təhqirə məruz qalıbmış.

"Mənim köynəyimdə ABŞ rəmzini görən mağaza işçisi bunun vətənpərvərlikdən uzaq oluğunu mənə söyləyib". Andrey Albekov BBC ruscanın Facebook səhifəsində bildirib.
"Bu rəmzlər Rusiyaya nifrət edən qatı düşmənlərimizin rəmzidir", Yevgeny Filatov adlı başqa bir istifadəçi yazıb.

Bu yaxınlarda Rusiyanın Ukraynada hadisələrə qarışması əleyhinə keçirilmiş marş zamanı, aksiyaya tamaşa edənlər Ukrayna bayrağını daşıyanlara təhqirlər yağdırıb.
Təhqirlər arasında "milli satqınlar" ifadəsi eşidilirdi. Həmin ifadəni prezident Putin mart ayında Krımın Rusiyaya birləşməsilə bağlı etdiyi çıxışında işlətmişdi.