Avtobusda xəsarət alanların adları açıqlandı - SİYAHI
9 Oktyabr 2014 09:03 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bunu Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanası baş həkimi Azad Quliyev bildirib.
Onun sözlərinə görə, ağır olan xəstələr - sürücü 1985-ci il təvəllüdlü Vasif Əli oğlu Osmanov və 1968-ci il təvəllüdlü Dilavər Məhəmməd qızı Şəmsiyevadır.
"Digər 5 yaralı isə bunlardır: 1963-cü il təvəlüldlü Gülşən Dursun qızı Alıyeva, 1968-ci il təvəllüdlü Həmayıl Cahangir qızı Süleymanova, Nabat Qurban qızı Hacıyeva, 1953-cü il təvəlüdlü Hürü Mustafa qızı Ayvazova, 1993-cü il təvəlüldlü Bəhruz İlham oğlu Mamedov. Avtobus qəzasında sonra 20 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Daxil olan yaralıların çoxunun xəsarətləri yüngül olduğu üçün müalicə üçün evə buraxılıblar", - deyə baş həkim bildirib.
Qeyd edək ki, Bakı-Qazax yolunun 364-cü kilometrliyində, Göygöl rayonu ərazisində "KamAZ" markalı yük avtomobili ilə "Mercedes" markalı sərnişin avtobusunun toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 40 yaxın sərnişinin yarandığı deyilir.
Babək Göyüş
AzNews.az