Mirmahmud Mirəlioğlu mitinqdə iştirak edəcəkmi?
9 Oktyabr 2014 09:13 (UTC+04:00)
Bunu AzNews.az-a açıqlamasında Klassik Xalq Cəbhəsi partiyasının sədri Mirmahmud Mirəlioğlu Milli Şuranın mitinqinə münasibət bildirərkən deyib.
Onun fikrincə, istənilən partiya üzvü Milli Şuranın oktyabrın 12-nə təyin edilən mitinqinə qatıla bilər.
"Sizin özünüz Milli Şuranın mitinqində iştirak edəcəksinizmi?" sualına partiya sədrinin cavabı belə oldu: "Zənginiz üçün təşəkkür edirəm".
Qeyd edək ki, Milli Şura oktyabırın 12-də özünün növbəti mitinqini təyin edib. Mitinq Bakıda "İnşaatçılar" metrosunun yaxınığında yerləşən "Məhsul" stadionunda keçiriləcək.
Bahar RÜSTƏMLİ
AzNews.az