Meksikada itkin tələbələrə görə etirazlar başladı
9 Oktyabr 2014 09:22 (UTC+04:00)
AzNews.az xəbər verir ki, tələbələrin banda üzvləri və polis tərəfindən qətlə yetirildiyi güman edilir.
Müəllimlər Kollecinin tələbələri sentyabrın 26-da qeyri-sabit, bandaların nəzarətində olan Guerrero ştatının İquala şəhərində polislə toqquşmadan sonra itkin düşüb.
Həftəsonu şəhər yaxınlığında yandırılmış cəsədlərdən ibarət gizli məzarlıq tapılıb.
Tələbələr təhsil islahatına etiraz edirdilər.
AzNews.az