ABŞ aeroportlarında Ebola yoxlaması başlandı

9 Oktyabr 2014 09:28 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Ağ Evin mətbuat xidməti yayıb.
Daxili Təhlükəsizlik Departamenti oktyabrın 8-də Ebola infeksiyasının potensial əlamətlərinin yoxlanması üçün agentlərə göstəriş verildiyini bildirib.

Liberiya, Sierra Leone və Qvineyadan gələnlərin temperaturu yoxlanılacaq, səhhətləri ilə bağlı suallara cavab verəcəklər.

Bu arada Texas xəstəxanası ABŞ-da Ebolaya yoluxmuş ilk xəstənin öldüyünü elan edib.

Tomas Erik Dunkan ötən ay Liberiyadan qayıdandan sonra xəstələnib.

Böyük Britaniya Sierra Leonedə Ebola müalicəsi mərkəzinin tikilməsi üçün 750 əsgər göndərib.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, hələlik epidemiyanı nəzarətə almaq mümkün olmayıb.

Qərbi Afrikada indiyədək Eboladan 4 min adam dünaysını dəyişib.


AzNews.az