“İslam dövləti” yenidən Kobaniyə hücum etdi

9 Oktyabr 2014 10:41 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Kobani kürd icmasının liderlərindən biri Asiya Abdullanın Reuters agentliyinə dediyinə görə, tankların köməyilə ağır döyüşlər nəticəsində cihadçılar şəhərin iki rayonunu tutublar.

Pentaqonda cihadçılar tərəfindən bütövlüklə Kobani şəhərinin və bir sıra başqa yaşayış məntəqələrinin tutulması perspektivini tam real hesab edirlər.
Kobani şəhərini ələ keçirməklə silahlılar Suriya-Türkiyə sərhədinin uzun bir hissəsinə tam nəzarəti əldə edirlər.

Hər şeydən görünür ki, ABŞ Türkiyənin bəzi müttəfiqlər tərəfindən dəstəkləndiyi Suriya sərhədi boyunca bufer zonasını yaratmaq ideyasını bəyənmir.

Üç həftə ərzində Kobani uğrunda gedən döyüşlərdə ən azı 400 nəfər həlak olub, 160 min suriyalı kürdlər sərhədi keçərək Türkiyəyə qaçmağa məcbur olublar.

Suriya İnsan Haqlarına Riayət Olunmasının Monitorinqi Mərkəzinin məlumatına görə, çərşənbə günü axşamınadək yaraqlılar şəhərin mərkəzi istiqamətində daha 100 metr irəliləyiblər.

Hüquq müdafiəçiləri "İslam dövləti" tərəfindən Kobaniyə Rakka əyalətindən əlavə qoşun daxil edildiyini deyirlər.

"Tək hava zərbələri ilə vəziyyəti düzəltmək mümkün deyil. Onlar Kobanini saxlaya bilməzlər. Biz bunu bilirik". ABŞ Müdafiə Nazirliyi nümayəndəsi kontr-admiral John Kirby bəyan edib.

ABŞ-ın dövlət katibi Con Kerri ABŞ administrasiyasının Kobani əhalisinin vəziyyətindən ciddi narahat olduğunu bəyan edib.

ABC telekanalına müsahibəsində ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Martin Dempsey "İslam dövləti" qruplaşmasının get-gedə döyüş əməliyyatlarını daha savadlı təşkil etdiyini qeyd edib.

"Biz bacardığımız yerlərə zərbələr endiririk. Onlar artıq əvvəlki kimi bayraq yelləyə-yelləyə iri dəstələrlə hərəkət etmirlər. Onların qərargahlarını tapıb müəyyən etmək artıq mümkün deyil", - deyə Dempsey açıqlayıb.

Amerika hərbçilərinin sözlərinə görə, çərşənbə axşamı və çərşənbə günləri koalisiya qüvvələri "İslam dövləti"nin Kobanidən cənub və cənub-şərq istiqamətindəki mövqelərinə altı hava zərbəsini endiriblər.

Nəticədə yaraqlıların zirehli maşınlar, iki top qurğusu və dörd avtomobili ləgv edilib.
Bu arada dünya birliyi Ankaranı Kobanidə kürd könüllü dəstələrinə yardımı gücləndirməyə inandırmağa çalışaraq, Türkiyəyə təzyiqlərini artırır.

Ötən həftə Türkiyə parlamenti İraqda və Suriyada cihadçılara qarşı hərbi əməliyyatlar keçirmək qərarını təqdir edib, lakin ölkə ordusu hələ heç bir tədbir görməyib.
Türkiyə Suriya ilə sərhədi boyunca Suriya ərazisində bufer zonası və uçuşlar üçün bağlı zona yaradılmasının qaçqınların Türkiyəyə yolunu daha da asanlaşdıracağını israr edir.

Çərşənbə günü Fransa bufer zonasını yaratmaq ideyasını dəstəkləyib. Böyük Britaniyanın xarici işlər naziri Philip Hammond məsələni öyrənəcəyini bildirib.
Lakin Ağ Evin nümayəndəsi Josh Ernest hazırda ABŞ administrasiyası tərəfindən bu kimi variantlar nəzərdən keçirilmədiyini bəyan edib.


AzNews.az