“İran bizi çətin günlərdən çıxartdı” - Rəsmi İrəvan

9 Oktyabr 2014 11:25 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu sözləri İran və Ermənistan arasındakı tarixi və mədəni əlaqələrə həsr olunan görüşdə Ermənistanın Lazaryan adına Beynəlxalq Münasibətlər İnstitunun direktoru Anait Rustamyan deyib.

Onun sözlərinə görə, 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Ermənistanda nə elektrik, nə qaz olmayıb. O zaman İran Ermənistana böyük yardım edib.

Ölkələr arasında 1996-cı ildən başlayan akademik əməkdaşlıq mövzusuna toxunan Rustamyan tələbələrin bu istiqamətdə əlavə addımlar atacağına ümidini bildirib.

İnstitutun direktoru bildirib ki, görüş İslam mədəniyyət və kommunikasiya təşkilatının dəvəti ilə baş tutub. Görüşdə başlıca məqsəd qarşılıqlı anlaşma barədə memorandum imzalamaq və əməkdaşlığın müxtəlif sahələrini müzakirə etmək olub.

Öz növbəsində, İran və Avrasiya Tədqiqatları İnstitutunun direktor müavini Mandana Tişexyar qeyd edib ki, ölkələr arasında mədəni əlaqələrin inkişaf etdirilməsi iqtisadi əlaqələrin genişlənməsinə səbəb olacaq.

Aydan Axundova
AzNews.az