Donetsk aeroportu xarabalığa çevrildi
9 Oktyabr 2014 13:14 (UTC+04:00)
AzNews.az xəbər verir ki, qondarma "Donetsk Xalq Respublikasının" lideri Aleksandr Zaxarçenko binada yalnız bir qrup Ukrayna hərbçisinin qaldığını bildirib.
Separatçıların daha bir nümayəndəsi aeroportun texniki bazasının və dispetçer qüllələrinin məhv edildiyini bildirib.
RİA Novosti agentliyi Donetsk Hava Limanında terminalların darmadağın edildiyini xəbər verir.
Separatçıların nümayəndəsi deyib ki, Donetsk şəhəri aeroport ərazisindən iriçaplı artlilleriyadan atəşə tutulur.
Bu məlumat müstəqil mənbələrdən təsdiqini tapmayıb.
Ukrayna hərbçiləri öz növbəsində qarşı tərəfin atəşinə məruz qaldıqlarını bildirirlər.
Müdafiə Nazirliyi Donetsk aeroportu yaxınlığından gün ərzində 50 dəfəyədək atəş açıldığını bildirir.
Qeyd edək ki, sentyabrın əvvəlində Minskdə mərkəzi hökumətlə separatçılar arasında əldə olunmuş razılığa baxmayaraq tərəflər arasında toqquşmalar davam edir.
AzNews.az