İran terrorçu və təxribatçıları axtarır

18 Sentyabr 2012 10:12 (UTC+04:00)
Beynəlxalq Atom Enerjisi Təşkilatı İranda keçirdiyi təftişlər zamanı ciddi səhvlərə yol verir. Bu fikirləri İran Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasi-Davani Röyters xəbərə agentliyinə müsahibəsində səsləndirib.

AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, Davani bir azda qabağa gedərək bildirib ki, MAQATE-nin İranda nüvə obyektlərini yoxlayanlar arasında terrorçu və təxribatçılar var. O, həmçinin bildirib ki, Beynəlxalq Atom Enerjisi Təşkilatı bəzi qərb dövlətlərinin təsiri altındadır.

Qeyd edək ki, Davaninin müsahibəsi Avropa Birliyinin Xarici Məsələlər üzrə ali nümayəndəsi Ketrin Eştonla İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Səid Cəlili ilə görüşündən öncə yayımlanıb və bu təsadüfi hesab edilmir.

Sadiq
AzNews.az