Bakıda dəhşətli tıxac - prospekt 3 saatdır tutulub
9 Oktyabr 2014 20:06 (UTC+04:00)
Heydər Əliyev prospektində "Şəfa" stadionunun yanından başlayaraq "Koroğlu" metrostansiyası ərazisindəki dairə də daxil aeroport yoluna doğru uzun bir tıxac yaranıb. Şahidlərin əməkdaşımıza verdiyi məlumata görə, saat 19.00 radələrindən yaranmış tıxac bu saatlarda da davam edir. Tıxaca düşmüş avtomobillərin sürücüləri addım-addım irəliləməyə, bəzən də dəqiqələrlə gözləməyə məcburdurlar.
AzNews.az