Ombudsman məhbuslarla bağlı dövlət orqanlarına müraciət etdi

10 Oktyabr 2014 09:43 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Ombudsman Aparatı yayıb.
Xəbərdə deyilir ki, başçəkmə zamanı 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Mövsüm Səmədovla görüş keçirilmiş, saxlanma şəraiti araşdırılıb.

Qeyd edilməlidir ki, M.Səmədov Qaradağ Rayon Məhkəməsinin qərarına əsasən, 2 il müddətinə həbsxana rejiminə keçirilib.

13 saylı cəzaçəkmə müəssisəsinin karantin otağında saxlanılan Tofiq Yaqublu da qəbul edilib və vəziyyəti araşdırılıb. Görüş zamanı T.Yaqublu cəzaçəkmə müəssisəsində saxlanılma şəraiti və rəftarla bağlı narazı olmadığını bildirib.

Həmçinin 14 saylı cəzaçəkmə müəssisəsində qəbul edilmiş Sərdar Əlibəyli də saxlanılma şəraiti və rəftarla bağlı şikayət etməyib.

Bu görüşlər zamanı qaldırılan məsələlərlə əlaqədar Ombudsman tərəfindən müvafiq səlahiyyətli dövlət orqanlarına müraciət edilib.