“Biz Türkiyəyə xəbərdarlıq etmişdik” – İran rəsmisi

10 Oktyabr 2014 11:00 (UTC+04:00)


İran rəsmisi Türkiyəyə xəbərdarlıq etdiklərini də bildirib.

"Biz Türkiyədən Suriya sərhədlərini pozmamağı, uçuşa qadağan olunmuş zonalarda uçuşlar həyata keçirməməyi istədik. Bu halların pis nəticələnə biləcəyinə dair Türkiyə hökumətinə xəbərdarlıq etdik. ABŞ İŞİD-ə hücum etməzdən öncə, İran və Suriyaya hücum etməyəcəyinə dair təminat verdi. Biz hazırda Kobanidəki insanlara dəstək veririk, şəhərdəki gərginliyin aradan qaldırılması üçün regiondakı ölkələrlə danışıqlarımızı davam etdiririk", - deyə İran xarici işlər nazirinin müavini əlavə edib.


Xəyal Əzizov
AzNews.az