Gələcəkdən xəbər var

10 Oktyabr 2014 11:14 (UTC+04:00)


AzNews.az həmin proqnozların bəzilərini təqdim edir:

- 12 imamdan biri olan və qeybə çəkilən imam Mehdi 2016-2020-ci illər arasında Asiyada zühr edəcək.Və onun gəlişi ilə dünya "Qızıl dövrə" girəcək.

- 2020-ci ildə atom bombasının üstünlük təşkil etdiyi müharibədə Romada daş üzərində daş qalmayacaq.

- 2025-ci ilə qədər dünya oxu dəyişəcək.Bu hadisə yalnız zəlzələlər səbəbindən deyil, həm də püskürən vulkanlar və digər təbiət hadisələri səbəbiylə baş verəcək.

- 2050-ci ilə qədər Almaniyanın birləşməsindən başlayaraq 57 il müddətində dünyada sülh olacaq. Və həmin ilə qədər bütün dünya Nostradamusu böyük öngörücü kimi tanıyacaq.

- 2076-cı ildə Avropa ilə Asiya, Afrika ölkələri arasında 4-cü dünya müharibəsi olacaq. Müharibə 25 il davam edəcək və dünya xarabalığa çevriləcək.

- 2106-cı ildə 4-cü Dünya müharibəsi bitəcək və bununla da 1000 illik sülh dövrü başlayacaq.

-3750-ci ildə yeni savaşlar çıxacaq və o gündən etibarən dünyada görülməmiş vəhşiliklər olacaq.

- 3797-ci ildə son gün gəlib çatacaq.Yer ilə göy birləşəcək. İnsanlar ölümsüz olacaq.

- Cox tanınmış bir Rok müğənnisi təyyarə qəzasında öləcək.

- Los Angeles və San Fransiskoda böyük bir zəlzələ olacaq.

- Şimali İtaliya, London və İngiltərənin böyük bir hissəsi böyük zəlzələlərlə məhv olacaq. Britaniya adasının bir qismi sular altında qalacaq.

- 400 ildən sonra fəzada çox nadir hallarda dövr edən kometlər adi gözlə görülə biləcək hala gələcək.

- Böyük Britaniya kraliçası Şahzadə Diana yüzlərlə şahidin qarşısında görünəcək.

Bu da Nostradamusun proqnozundan baş vermiş hadisələr:

- 1917-ci il inqilabı və SSRİ-nin qurulması."Siz döyüşdən sonra o ölkənin qüdrətinə baxarsınız. Və o ölkəyə elə bir lider başçılıq edəcək ki, onun gücü-qüvvəti dağları dənizləri aşacaq", - dediyində Stalini nəzərdə tutmuşdu.

- Çernobılda nüvə partlayışı : "Bir partlayış görürəm. Bir alov yüksələcək. Şərqin bir hissəsində qışqırıqlar eşidirəm. Ölülər. Səs-küy. Oranı atəş səsləri və aclıq gözləyir. Hər kəs öləcək."


Nərmin Məmmədli
AzNews.az