Qorbaçov xəstəxanadan çıxır
10 Oktyabr 2014 12:08 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda Qorbaçovun özü məlumat yayıb: "Mən sağ-salamatam və müalicə prosesini artıq başa vururam".
Nobel Sülh mükafatının laureatı bu il mükafatın kimlərə veriləcəyi haqda maraqlanmadığını deyib və əlavə edib ki, o, xəstəxanada olduğundan belə şeylərə vaxt ayırmır.
Qeyd edək ki, Mixail Qorbaçov vəziyyəti pisləşdiyindən dünən təcili surətdə xəstəxanaya yerləşdirilmişdi. Hətta, bir çox sosial şəbəkələr onun öldüyü barədə xəbərlər də yaymışdı.
Babək Göyüş
AzNews.az