Məşhur müğənni Bakıda fahişəxana saxlayırmış -FOTOLAR
10 Oktyabr 2014 12:45 (UTC+04:00)
AzNews.az DİN-in saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əxlaqsızlıq yuvası aşkarlanıb.
Xaçmaz rayon sakini Heybət Nemətovun Binəqədi rayonu ərazisindəki "New Life" çay evində gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etdiyi məlum olub.
Məsələ ilə bağlı "Qafqazinfo" saytı maraqlı fakt əldə edib. Məlum olub ki, bu əxlaqsızlıq yuvası məşhur müğənni Elçin Hüseynova məxsusdur.
Məlumata görə, bir neçə ay əvvəl şou saytlarının birində kafe ilə bağlı reklam materialı yayımlanıb. Həmin xəbərdə həm çay evi, həm də pub və Avropa mətbəxti kimi fəaliyyət göstərən "New Life"ın 24-saat müştərilərinin üzünə açıq olduğu qeyd olunub.
Daha sonra bildirilir ki, "New Life" açılan gündən tanımışların ən çox getdiyi məkandır. Məşhurlar əbəs yerə "New Life" clubu seçmirlər. Çünki burada mükəməl xidmət var. Məkan qonaqlarını geniş və şəxsi (VİP) otaqlarla xidmət etməklə yanaşı "plestesen 3" oyunlarını müştərilərə təklif edir. "New life"da 6 VİP, 4 "bestka", 70 ümumi zal var.
Qeyd edək ki, Elçin Hüseynov Yusif Mustafayevin qaynıdır.
Həmin Çay Evindən fotoları təqdim edirik: