Azərbaycan filmi beynəlxalq mükafat aldı

10 Oktyabr 2014 13:38 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.
Xəbərdə deyilir ki, Serbiyanın Veliko Qradişte şəhərində keçirilən SILAFEST - VI Beynəlxalq Turizm və Ekologiya Filmləri Festivalında azərbaycanlı rejissor Mariya İbrahimovanın "Azərbaycan: Şərqin Avropa cazibəsi" adlı filmi ən yaxşı turizm filmi mükafatına layiq görülüb.

Bundan başqa, Kanadanın Monreal şəhərində Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyi ilə "Azərbaycan film festivalı" keçirilib.

Kvebek Azərbaycan Film Həvəskarları Assosiasiyası tərəfindən Konkordiya Universiteti və Monreal Savalan Mədəniyyət Qrupu ilə birgə təşkil edilmiş, üç gün davam edən festivalda Kanada tamaşaçılarına "Sahə", "Qala", "Sarı gəlin", "Xoca", "Hökmdarın taleyi" və "40-cı qapı" kimi Azərbaycan filmləri nümayiş etdirilib.


AzNews.az