Pakistanlı qız Nobel Sülh mükafatı xəbərini dərsdə eşitdi
10 Oktyabr 2014 15:40 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Malalanın mətbuat katibinin sözlərinə görə, bu gün onun üçün adi dərs günü olub.
Qeyd edək ki, Malala İngiltərədə Birmingem şəhər məktəbində oxuyur.
Yusifzayi qadınların təhsil almaq hüququ uğrunda apardığı mübarizəyə görə, Nobel mükafatına layiq görülüb.
Nobel Sülh mükafatının digər laureatı hindistanlı fəal Kaylaş Şatyartxi pakistanlı xanımın bu mükafatı almasını dəstəkləyərək regionda sülhün bərpa olunması üçün onunla birgə addımlar atmağa hazır olduğunu deyib.
Xəyal Əzizov
AzNews.az