Gürcüstanda “Ebola” həyəcanı

10 Oktyabr 2014 17:51 (UTC+04:00)
Musavat.com-un məlumatına görə, bu barədə ölkənin Xəstəliklərə və İctimai Sağlamlığa Nəzarət Milli Mərkəzindən bildirilib.

Ümumilikdə son zamanlar Gürcüstanda 62 şəxs ölümcül infeksiya ehtimalı ilə bağlı nəzarətə götürülüb. Onlardan biri yerli vətəndaşdır. Xəstəliyin inkubasiya, deməli, həm də nəzarət dövrü 21 gündür.

"Bu dəqiqə nəzarət altında olan 13 nəfər yüksək risk qrupuna daxil olan ölkələrdən Gürcüstana gələnlərdir", - deyə qurumun mətbuat xidmətindən bildirilib.


AzNews.az