İrəvanda etiraz aksiyası

10 Oktyabr 2014 17:58 (UTC+04:00)


AzNews.az-ın "News.am"a istinadən verdiyi məlumata görə, az əvvəl başlayan mitinqdə "parlament üçlüyü" adlanan müxalifət partiyaları – "Çiçəklənən Ermənistan", Erməni Milli Konqresi və "İrs" partiyalarının tərəfdarları ölkədəki iqtisadi vəziyyətə, Serj Sarkisyan rejiminin siyasi xəttinə və Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına etiraz edirlər.

Çıxışçılar üçün quraşdırılmış səhnədən 2008-ci ildə sabiq prezident Levon Ter-Petrosyanın keçirdiyi mitinqdə səsləndirilmiş melodiyalar eşidilir. "Serj, get" şüarı səslənən mitinqdə "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanın Kotay vilayətindən gələn tərəfdarlarının üstünlük təşkil etdiyi bildirilir.

AzNews.az