Dünya çempionatına 3 azərbaycanlı şahmatçı qatıldı

10 Oktyabr 2014 19:12 (UTC+04:00)


AzNews.az xəbər verir ki, açıq çempionatda 139 şahmatçı, o cümlədən 18 qrossmeyster iştirak edir. Azərbaycanı qrossmeysterlər Nicat Abbasov və Ülvi Bacarani təmsil edirlər. Gənc qızların turnirinə 78 şahmatçı (beş qrossmeyster) qatılıb. Azərbaycan şahmatının şərəfini beynəlxalq usta Səbinə İbrahimova qoruyur.
Oğlanların turnirinə dörd turdan sonra dörd xal toplayan Xorxe Kori (Peru) liderlik edir. Azərbaycan şahmatçılarının hər birinin aktivində 2,5 xal var.

Püşkatmanın nəticələrinə görə, Nicat Abbasov beşinci turda qara fiqurlarla İrakli Beradze (Gürcüstan) ilə qarşılaşacaq, Ülvi Bacaraninin rəqibi isə yerli şahmatçı Abhimanyu Puranik olacaq. Ü.Barani də qara fiqurlarla oynayacaq.

Qızların turnirində dörd turdan sonra hərəyə 3,5 xal toplayan Darya Pustovoytova (Rusiya), Sarasadat Xademalşaryeh (İran), Rout Padmini (Hindistan) və Ann Çumpitas (Peru) liderdirlər. 12 şahmatçı, o cümlədən Azərbaycan şahmatçısı Səbinə İbrahimova yarım xal geri qalırlar. Beşinci turda həmyerlimiz Rusiya təmsilçisi Aysa İmeyeva ilə görüşəcək.


AzNews.az