Ermənilər də Avrasiya İqtisadi Birliyinə qoşuldu

10 Oktyabr 2014 19:17 (UTC+04:00)


AzNews.az xəbər verir ki, müvafiq müqaviləni Minskdə oktyabrın 10-da dövlət başçıları imzalayıb.

Bununla da Ermənistan Rusiya, Belarus, Qazaxıstanla birlikdə Avrasiya Birliyinin tam hüquqlu üzvü olur. Bu birlik 2015-ci il yanvarın 1-dən fəaliyyətə başlayır.
Birliyə Qırğızıstan da qoşulmaq istəyir.

Minskdə Qırğızıstan prezidenti Almazbek Atambayev deyib ki, bu ilin dekabrında Qırğızıstan Birliklə üzvlük müqaviləsi imzalayacağına ümid edir.
Hazırda Birlik Vyetnam, İsrail, Hindistan və Misirlə əməkdaşlıq qurulması haqda danışıqlar aparır.


AzNews.az