Möhtəşəm futbol oyununa 2 saat qaldı

10 Oktyabr 2014 19:55 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Azərbaycan millisi bu gün seçmə mərhələdə ikinci matçına çıxacaq.

Berti Foqtsun komandası Palermoda İtaliyanın qonağı olacaq. İlk oyunda Bakıda Bolqarıstana 1:2 hesabı ilə uduzan millimiz bu görüşdən xalla ayrılmağa çalışacaq. Lakin qrupun aşkar favoriti olan İtaliyanın buna nə dərəcədə imkan verəcəyi maraqla gözlənilir.

10 oktyabr
"Avro-2016"nın seçmə mərhələsi, II tur

H qrupu
23:45. İtaliya - Azərbaycan
Hakimlər: Hüseyin Göçek, Mustafa Eyisoy, Orkun Aktaş və Serkan Ok
Palermo. "Renzo Barbera" stadionu.


AzNews.az