İki ev yandı

11 Oktyabr 2014 07:05 (UTC+04:00)


AzNews.az xəbər verir ki, yanğın hadisəsinin biri Abşeron rayonu, Yeni Yaşayış massivində baş verib.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan kürsülü birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 16 kv.m sahədə və otağa yığılmış, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan və 1 ədəd televizor yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Digər yanğın hadisəsi Bakı şəhəri, Binəqədi rayonunda qeydə alınıb.

Vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m və bitişik tikilmiş ümumi sahəsi 50 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları yanıb.

Hər iki yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.


AzNews.az