“Əsəd rejimi İŞİD kimi təhlükəlidir” - VİDEO
11 Oktyabr 2014 08:57 (UTC+04:00)
AzNews.az xəbər verir ki, görüşdə Türkiyə və Fransa arasında strateji əməkdaşlıq barədə razılıq əldə olunub.
Jurnalistlər üçün açıqlama verən türkiyəli nazir regionda terrorun əsas qaynağının Əsəd rejimi olduğunu bildirib:
"Əsəd 200 mindən çox insanı kimyəvi silahdan istifadə edərək qətlə yetirib, Əsəd rejimi də ən azı İŞİD qədər təhlükəlidir."
Fransalı nazir də öz növbəsində regionda baş verənlərə münasibət bildirib:
"Regionda faciəvi anlar yaşanmaqdadır, olanlara susmaq mümkün deyil. Türkiyə və Fransa İŞİD və Əsəd rejiminə qarşı sərgilədiyi mövqe eynidir".
Xəyal Əzizov
AzNews.az