Müsavat partiyasından istefa açıqlaması
11 Oktyabr 2014 10:24 (UTC+04:00)
Müsavat partiyasının Məclis üzvü Elman Fəttah AzNews.az-a açıqlamasında deyib ki, nizamnaməyə əsasən istefa ərizəsi yalnız yazılı halda təqdim olunmalıdır: "Şifahi istefalara münasibət bildirmirik. Partiya nizamnaməsinə görə istefa ərizəsi yazılı halda təqdim edilməlidir".
Qeyd edək ki, Müsavat partiyasında qurultaydan sonra baş verən son proseslərlə barışmayan 9 gəncin istefa verdiyi bildirilir.
Bahar Rüstəmli
AzNews.az