Heyrətamiz adət-ənənələr: Arvadı çox olanın... - FOTO

11 Oktyabr 2014 12:01 (UTC+04:00)
AzNews.az həmin adət-ənənərdən bir neçəsini təqdim edir:

Perudakı qəribə adət görənləri heyrətə gətirir.

Belə ki, uşaqlarının sağlam olmalarını istəyən ailələr onlar üçün bütün evlərində yaşayan ev heyvanlarını kəsirlər və o heyvanların qanı ilə uşaqları yuyundururlar.



Hindistanda yeni doğulan körpələri məbədlərin başından atırlar. Bunu edən hindistanlılar ənənənin körpələrinə uğur gətirəcəyinə inanırlar. Bu adət 500 ildən çoxdur ki, davam edir və nəticədə bir çox körpə ya ölür ya da şikəst qalır.



Afrikanın Moritanya şəhərində isə evlənmə çağına gələn qızların çəkisi ən azından 60, ən çoxu isə 100 kilo olmalıdır. Əgər qızlar yemək yemirlərsə, cəzalandırılırlar.



Vyetnamda qadınların ən erotik bölgəsi ayaq altları qəbul edildiyi üçün qadınların ayaqlarının görünməsi qadağandır.



Şimali Koreyada qadınların 25, kişilərin isə 27 yaşından əvvəl evlənməsi qadağandır.



Cəmiyyət tərəfindən qəbul edilməyən cox arvadlılıq Afrikada bir ənənədir. Bir kişinin nə qədər çox arvadı olarsa, bir o qədər başı uca olar



Qvineyada evli qadınları başdan çıxaran adamların əl və ayaq barmaqları kəsilir.



Nərmin Məmmədli
AzNews.az