Bu gün Sevil Əliyevanın doğum günüdür - FOTOLAR

12 Oktyabr 2014 14:22 (UTC+04:00)

AzNews.az xəbər verir ki, 12 oktyabr 1955-ci ildə Bakıda anadan olan Sevil Əliyeva 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alıb. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakultəsini ərəb dili şöbəsində təhsilini davam etdirib. 1977-1980-cı illərdə Moskva SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub. 1981-ci ildə elmi tədqiqatını uğurla başa çatdırıb namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir. 1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub.

Sevil Əliyeva 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirir. Bir çox musiqi əsərlərinin müəllifi olmaqla yanaşı 20-yə yaxın filmin bəstəkarıdır. 2011-ci ilin noyabrında Moskvada Sevil Əliyevanın atası Heydər Əliyevin və anası Zərifə Əliyevanın xatirəsinə həsr etdiyi "Ze qaleri of Sevil" musiqi albomu təqdim olunub.