ABŞ xəstəxanasında tibbi işçisi Ebolaya yoluxdu

12 Oktyabr 2014 19:51 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda ilkin analizin nəticəsi göstərib.
Ailənin arzularına görə tibbi işçinin adı və xəstəxanada vəzifəsi açıqlanmayıb.
Dallasdakı tibbi rəsmisinin verdiyi məlumata görə, onun vəziyyəti sabitdir və hazırda izolyasiya palatasında saxlanılır. Eyni zamanda bildirilir ki, Tomas Dunkanı müalicə edərkən o, tam qoruyucu geyimdə idi.

"Biz bilirdik ki, ikinci hal mümkün idi və biz buna hazırlaşırdıq", Texas Dövlət Səhiyyə Xidmətləri Departamentindən Doktor David Lakey deyib.

Doğulduğu Liberiyada virusa yoluxan Dukcan çərşənbə günü Dallas şəhərindəki hospitalda ölüb.

Ümumdünya Səhiyyə Təşkilatının son rəqəmlərinə görə, dünya üzrə 4033 nəfər virusa yoluxma nəticəsində həyatını itirib.

AzNews.az