Bakının bu prospekti yenidən qurulur

12 Oktyabr 2014 20:08 (UTC+04:00)



AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidməti yayıb.

Xəbərdə deyilir ki, prospektin qovşaqlar da daxil olmaqla ümumi uzunluğu 9,2 kilometr, hərəkət zolaqlarının sayı isə keçdiyi ərazilərdən asılı olaraq 10-12 zolaq arasında dəyişəcək.

Yolun yenidən qurulmasında məqsəd 20 Yanvar dairəsi ilə Böyük Şor yol qovşağı arasında nəqliyyat vasitələrinin sürətli, fasiləsiz hərəkətini təmin etməkdir.

Artıq yol boyu nəzərdə tutulan qovşaqlardan biri istismara verilib, digər 3 qovşaqda isə işlər başa çatdırılıb. Həmçinin bəzi köməkçi hissələr istisna olmaqla üç qat asfalt-beton örtüyünün döşənməsi sona çatmaq üzrədir. İşıqlandırma sisteminin də böyük hissəsi quraşdırılıb, drenaj sistemində isə işlərin 95 faizi görülüb.

AzNews.az