Xocalı sakini intihar etdi
13 Oktyabr 2014 10:03 (UTC+04:00)
Xocalı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Goranboy rayonu Baş Qışlaq kəndində qeydə alınıb. Orada məskunlaşan, Xocalı sakini, 1958-ci il təvəllüdlü Qəzənfər Xəlil oğlu Musayev meşədə ağacdan özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.