Emin Ağalarov ailəsinin yeni şəkillərini yaydı - FOTOLAR
13 Oktyabr 2014 10:21 (UTC+04:00)
AzNews.az xəbər verir ki, müğənninin İnstagram səhifəsində paylaşılan bu şəkillərdə atası Araz Ağalarov, bacısı Şeyla, oğlanları Əli və Mikayıl yer alıb.
Qeyd edək ki, Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədə və ABŞ-da alıb. Rusiyada bizneslə məşğul olur və GQ jurnalının 2011-ci ildə "İlin İş Adamları" namizədləri arasından birinci yerə çıxıb.
Emin 2010-cu ildə artıq Avropaya musiqisini tanıtmaq qərarına gəlir və Wonder albomunu Britaniyada satışa çıxarır, Obvious mahnısını This Morning adlı verlişdə ifa edir. Əksər mahnılarının müəllifidir. Avropada, xüsüsən də Rusiya, Ukrayna və Azərbaycanda konsertlər verməyə davam edir.
Emin Ağalarov Azərbaycan prezidenti İlham Əliyevin kürəkənidir. 30 aprel 2006-cı ildə Leyla Əliyeva ilə evlənib. Mikayıl və Əli adında əkiz oğlanları var. Leyla Əliyeva və Emin Ağalarov "Stick Together" adlanan klipdə bir yerdə yer alıblar.
AzNews.az Emin Ağalarovun paylaşdığı həmin fotolarını sizə təqdim edir: