İki rayonunun su təchizatı məhdudlaşdırılır
13 Oktyabr 2014 10:32 (UTC+04:00)
"Azərsu" ASC-dən AzNews.az-a verilən məlumata görə, Maştağa-Ramana-Sabunçu magistral su kəmərinin yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş 1 000 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar oktyabrın 14-də saat 09:00-dan etibarən Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə - Ramana Südçülük Sovxozuna, məcburi köçkün şəhərciyinə, Yeni Suraxanı və Savalan yaşayış massivlərinə, eləcə də Samir Əliyev küçəsinin bir hissəsinə içməli suyun verilməsi 36 saat müddətində məhdudlaşdırılacaqdır.
AzNews.az