Litvalı nazir erməniləri məyus etdi

18 Sentyabr 2012 13:59 (UTC+04:00)


Litvaya səfər edən Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin keçirdiyi görüşlərdə Macarıstandan ekstradasiya edilən Ramil Səfərovla bağlı məqama toxunulmayıb. Bu barədə məlumatı "Regnum" informasiya agentliyi yayıb.

"Azərbaycanlı generaldan Səfərovun əfvi ilı bağlı heç nə soruşulmadı" deyə vurğulayan agentliyin məlumatına görə, səfər iki ölkə arasında əməkdaşlıq məsələlərinin müzakirəsi ilə yadda qalıb: "Baxmayaraq ki, hələ avqustun 10-da Litva Seyminin bir qrup deputatı Ermənistanın bu məsələdəki mövqeyini müdafiə edib".

Saytın məlumatına görə, görüşlər zamanı yalnız bir dəfə Litvanın müdafiə naziri Rasa Yuknyaviçene Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə dair fikrini bildirib.

E.Əlosmanqızı
AzNews.az