YAP rəsmiləri bu ölkənin kommunistləri ilə görüşdü

13 Oktyabr 2014 11:07 (UTC+04:00)


AzNews.az Trend-ə istinadən xəbər verir ki, görüşdə YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev iştirak edib.

Görüşdə iki ölkə arasındakı əlaqələr və əməkdaşlıq məsələləri müzakirə olunub.
YAP-ın sədr müavini Əli Əhmədov bildirib ki, bu səfər xalqlarımız və partiyalarımız arasında əlaqələrin genişlənməsinə təkan verəcək.

Azərbaycana səfər etməkdən məmnunluğunu bildirən qonaq qeyd edib ki, Vyetnamda Azərbaycanı yaxşı tanıyır və hörmət edirlər. Qonaq gələcəkdə ölkələr və partiyalar arasında əməkdaşlığın daha da genişlənməsində maraqlı olduğunu bildirib.

Qeyd edək ki, görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.