3 alman jurnalisti azad edildi – Türkiyədə
13 Oktyabr 2014 13:16 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu barədə müxbirlərdən biri Kristian Qrodotski Twitter hesabında məlumat verib: "30 saatlıq həbsdən sonra bizi azad etdilər. Prokuror bu gün bizim deportasiyamız barədə məsələni həll edəcək".
Xatırladaq ki, Qrodotski və onun iki iş yoldaşı - Byorn Kitsman və Martin Noyqebauer şənbə günü Diyarbəkir şəhərində saxlanılıb. Burada onlar kürd əhalisinin etiraz aksiyalarını çəkiblər. Jurnalistlər kəşfiyyat və təxribatda günahlandırılıblar.
Aydan Axundova
AzNews.az