Müsavatdan Vurğun Əyyuba sərt – TƏPKİ

13 Oktyabr 2014 13:50 (UTC+04:00)


Bunu AzNews.az-a açıqlamasında Müsavat partiyasının divan üzvü, tanınmış vəkil Osman Kazımov Vurğun Əyyubun "Mən öz tərəfimdən onları bu yoldan çəkinməyə çağırıram" fikrinə münasibətində deyib. O, Müsavat partiyasından istefa verən gənclərin Qubad İbadoğlunun tərəfdaşları olduğunu vurğulayıb: "Vurğun bəyin açıqlaması "Dədə Qorqud" filmində Aruz bəyin "çal qılıncın ağam Qazan" çatdım dediyi səhnəyə bənzəyir.Vurğun bəy Qubad bəyin tərəfdarıdır və bu istefalar neçə gündür davam edir".

İstefaların təəssüf doğurduğunu deyən O.Kazımov gəncləri bu yola təhrik edənlərin olduğunu deyib: "Vurğun bəy əvvəldən gərək istefalarla bağlı Əhliman bəylə söhbət aparaydı. İstefalar təəssüfedicidir. Lakin Müsavat partiyasının fəaliyyəti və möhkəmliyi üçün elə də təsirə malik deyil. Gəncləri təhrik edənlər öz məqsədləri üçün onların taleyi ilə oynayırlar. Əhliman bəy Müsavat Gənclər Təşkilatının sədri idi. Müsavat partiyasında çox önəmli və etimad göstərilən postlardan birini tuturdu. Gənclər Təşkilatı seçkilər zamanında baş verən mübahisə divanda müzakirə ediləndə divan onun lehinə qərar qəbul etmişdi. Həmin qərar qəbul edənlərin mütləq əksəriyyəti Arif Hacılıya səs verib. Yəni, Əhliman bəy bizlərin obyektivliyinin şahidi olmuşdu. Gənclərə, şəxsən Əhliman bəyə başqa hansı qayğı göstərilməliydi ki, narazı qalmasın. Mübarizə aparmaqdansa əsassız bəhanələrlə istefa verməyi ona yaraşdırmıram".


Bahar RÜSTƏMLİ
AzNews.az