Bu gecə Türkiyəni nə gözləyir?

13 Oktyabr 2014 16:58 (UTC+04:00)


ANS PRESS-in məlumatına görə, bu gecə qitə arenalarında daha 9 qarşılaşma baş tutucaq.

A qrupunda ilk iki oyunda uduzan Türkiyə Latviyanı qəbul edəcək, Hollandiya İslandiyanın qonağı olacaq. Qrupun digər oyununda isə Çexiya Qazaxıstanı sınağa çəkəcək.

B qrupunda Bosniya və Herseqovina Belçikanı, Uels Cənubi Kipri qəbul edəcək, İsrail Andorranın qonağı olacaq.

Millimizin yer aldığı H qrupunda da 3 oyun baş tutacaq. Azərbaycan səfərdə Xorvatiya, İtaliya Malta, Bolqarıstan Norveçlə qarşılaşacaq.

AVRO-2016
Seçmə mərhələ
13 oktyabr

A qrupu
21.00 Qazaxıstan - Çexiya
23.45 İslandiya - Hollandiya
23.45 Latviya - Türkiyə
23.45 Andorra - İsrail
23.45 Bosniya və Herseqovina - Belçika
23.45 Uels - Cənubi Kipr
23.45 Xorvatiya - Azərbaycan
23.45 Malta - İtaliya
23.45 Norveç - Bolqarıstan

AzNews.az