Enerjisi 20 il tükənməyən batareyalar
13 Oktyabr 2014 18:30 (UTC+04:00)
Yeni nəsil batareyaları 20 ildən artıq müddətdə istifadə etmək mümkündür.
Alimlər iddia edirlər ki, bu ixtira sənayenin bir çox sahələrinə, o cümlədən elektromobillərin istehsalı sahəsinə təsir edəcək. Bundan savayı, batareyalar uzun müddət yararlı olduğundan toksik tullantıların azaldılmasına nail olunacaq. Çünki litium-ionlu batareyaların tez-tez dəyişdirilməsi toksin tullantıların yaranmasına səbəb olur.
Yeni növ akkumulyatorların iki il ərzində bazara çıxarılacağı gözlənilir.
AzNews.az