Türkiyə futbolçuları yenə qələbə qazana bilmədi - VİDEO

14 Oktyabr 2014 07:19 (UTC+04:00)


AzNews.az xəbər verir ki, dünən gecə 3 qrupda 9 oyun baş tutub. Türkiyə fitbolçuları Latviyada 1-1 hesablı bərabərliyə qalıb.

Milli komandamızın rəqibləri də meydana çıxıb. Son oyunda yığmamızı 2:1 hesabı ilə məğlub edən İtaliya millisi səfərdə Malta ilə qarşılaşıb və minimal hesablı qələbə qazanıb - 1:0. Norveç isə öz meydanında Bolqarıstanla üz-üzə gəlib. Bu oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

13 oktyabr

"Avro-2016"nın seçmə mərhələsi

H qrupu

23:45. Malta - İtaliya - 0:1

Qol: Qraziano Pelle, 24 (0:1)

Qırmızı vərəqə: Mixael Mifsud, 28 (Malta), Leonardo Bonuççi, 73 (İtaliya)

23:45. Norveç - Bolqarıstan - 2:1

Qol: Tarik Elyunosi, 13 (1:0), Nikolay Bodurov, 43 (1:1), Havard Nielsen, 72 (2:1)

A qrupu

21:00. Qazaxıstan - Çexiya 2:4

Qol: Loqvinenka,84,90+1, B.Dokal,13, D.Lafata,44, L.Krejci,56, T.Necid,88

23:45. İslandiya - Hollandiya 2:0

Qol: Siqurdson,10(pen),42

23:45. Latviya – Türkiyə 1:1

B qrupu

23:45. Andorra - İsrail 1:4
Qol: I.Lima,15(pen), O.Damari,3

23:45. Bosniya və Herseqovina - Belçika 1:1

Qol: E.Dzeko,28

23:45. Uels – Kipr 2:1
Qol: D.Kotoril,14, R,Kanu,23,Laban,35










AzNews.az