İŞİD İraqda 5 kəndi ələ keçirdi - VİDEO

14 Oktyabr 2014 07:52 (UTC+04:00)


AzNews.az xəbər verir ki, qruplaşma Əl Abbat vilayətinə 3 istiqamətdən hücum edərək vilayətin 5 kəndini nəzarətə götürüb.

Məsələ ilə bağlı açıqlama verən vilayətin şəhər nümayəndəliyinin rəsmisi Adnan Fehdavi bildirib ki, ərazini qoruyan İraq qoşunlarının hazırlığı və gücü İŞİD əsgərlərindən zəif olduğuna görə müqavimət göstərə bilməyiblər.

Şəhər nümayəndəliyinin rəsmisi Bağdada müraciət edərək onlara hərbi yardım göstərilməsini tələb edib.




Xəyal Əzizov