İŞİD bayrağı qaldıran şəxslə bağlı şok fakt: Məşhur adamın qohumudur
14 Oktyabr 2014 08:44 (UTC+04:00)
Məlumatda bildirilir ki, Ramin Quliyev Əbu-Bəkir məscidinin imamı Qamət Süleymanovun qaynıdır. Onun daim Qamət Süleymanovun yanında olduğu, ona köməklik göstərdiyi bildirilir.
Məsələ ilə bağlı AzNews.az-a danışan Qamət Süleymanov informasiyanı təsdiqləyib:
"Ramil heç vaxt mitinqlərə getmir, onun facebook dostu Ramili mitinqə dəvət edib. Mən onunla söhbət etdim. Ramil mənə bildirdi ki, o yerdə Allah kəlamı yazılmış bayraq görüb və onu ayaq altından götürmək istəyib. Bu zaman polislər onu ərazidən kənarlaşdırıb".
Qeyd edək ki, Ramil Quliyev AzNews.az-a verdiyi açıqlamasında bayrağı ona tanımadığı bir şəxsin verdiyini demişdi. Onu da bildirək ki, sələfi təriqətinə görə, hakimiyyətə qarşı çıxmaq, mitinqlərə qatılmaq haram sayılır.

AzNews.az