Kanalda 1 nəfər batdı- Dalğıc-xilasedicilər axtarışa başladı
14 Oktyabr 2014 21:41 (UTC+04:00)
AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal olunur. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin şəxsin axtarışına başlayıblar.
Əlavə məlumat veriləcək.
AzNews.az